"Qarabağ" - "Partizani" matçının biletləri satışa çıxarıldı

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin "Partizani" ilə cavab matçının biletləri satışa çıxarılıb.
 
Sport7.az xəbər verir ki, "Dalğa Arena"da baş tutacaq görüşə biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.
 
Oyunu canlı izləmək istəyənlər biletləriGənclik Mall, 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi), ASAN Xidmət 2, 3 (Yasamal, Amay t/m) və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Matçın start fiti iyulun 17-si, saat 21:00-da səsləndiriləcək.
 
Sport7.az





OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR