"Qarabağ" - "Partizani": Məşq və mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Partizani" (Albaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
 
Sport7.az xəbər verir ki, iyulun 16-da "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Partizani"nin baş məşqçisi isə saat 19:45-də "Dalğa Arena"nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Qeydiyyatdan keçmiş KİV nümayəndələri iyulun 16-sı, saat 14:00-dan 17:30-a qədər akkreditasiyalarını Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, saat 18:00-dan 18:30-a qədər isə "Azərsun Arena"nın mətbuat konfransı otağından edə bilərlər.

Klub tərəfindən ayrılmış avtobus iyulun 16-sı, saat 17:45-də media mənsublarını Respublika stadionundan "Azərsun Arena"ya, 19:00-da isə "Azərsun Arena"dan "Dalğa Arena"ya aparacaqdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR