"Qarabağ” "qara bazar”a müharibə elan etdi - FOTOLAR

 

"Qarabağ”ın "Dnepr”lə noyabrın 6-da keçirəcəyi görüşün biletləri artıq satışdadı. Sport7.Az axar.az-a istinadən xəbər verir ki, indiyə qədər biletlərin 8 mini satılıb.

Kassalarda hələ ki, klub tərəfindən 2 manatdan başlayan biletlər satışa çıxarılıb. Klub bəyan edib ki, bu da azarkeşlərin daha rahat bilet əldə etməsi üçündü.

Məlumata görə, 1 manatlıq biletlər satışa çıxdığı zaman "qara bazar" alverçiləri dərhal müxtəlif yollarla həmin biletləri əldə edib, özləri üçün "bazar" yaradırlar. Hələki yalnız "İmarət" fan-klubunun üzvləri 1 manata biletləri əldə edə bilərlər.

Yaxın günlərdə 1 manatlıq biletlər də satışa çıxarılacaq və hər bir azarkeşin bilet əldə etməsi üçün imkan yaradılacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi Avroliqada "Dnepr”lə cavab oyununa çıxır. İlk görüşdə komandamız Kiyevdən 1:0 qələbə ilə qayıdıb.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR