"Qarabağ" Qaranı belə təbrik etdi - FOTO

Bu gün millimizin və "Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev üçün əlamətdar gündü.
 
Sport7.az xəbər verir ki, yığmamızın üzvü 26 yaşını qeyd edir. Klubu isə Qarayevi maraqlı şəkildə təbrik edib.
 
Belə ki, "Qarabağ"ın rəsmi feysbuk səhifəsi futbolçunu qapıçı formasında və əlcəklə təqdim edib. Buna səbəb isə dünən millinin Farer Adaları ilə görüşündə Qaranın topu iki dəfə qapı xəttindən çıxartması olub.

Yığmamız həmin qarşılaşmada 3:0 hesabı ilə inamlı qələbə qazanıb.
 
 
 
Sport7.az

Xəbər lenti