"Qarabağ" qazaxıstanlıları məğlub etdi - YENİLƏNDİ

Təlim-məşq toplanışı Antalyada davam etdirən "Qarabağ" bu gün daha bir yoxlama oyunçu keçirib. 

Sport7.az xəbər verir ki, Ağdam təmsilçisi Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşıb. Matç "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 5-ci dəqiqədə Mahir Əmrəli rəqib qapısından keçirib.

Mövsümün ikinci yarısına qonşu ölkədə hazırlaşan "Qarabağ” daha 2 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 25-də Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" klublarıyla üz-üzə gələcək. Buna qdərə Rumıniya təmsilçisi "Akademika Klinçeni" ilə qarşılaşan Qurban Qurbanovun komandası meydandan qollu bərabərliklə ayrılmışdı - 2:2. 

Yoxlama oyunu
 
22 yanvar 

18.00. Qarabağ (Azərbaycan) - Jetısu (Qazaxıstan) 1:0
(Mahir Əmrəli, 5)
 
"Qarabağ": 13. Vaqner da Silva, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 94. Nicat Mehbalıyev, 9. Araz Abdullayev, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Cavid Bayramov, 71. Toral Bayramov, 99. Maqaye Qeye

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR