Qarabağ qaziləri “Kəpəz”lə görüşdü (FOTOLAR)

Qarabağ qaziləri “Kəpəz”lə görüşdü (FOTOLAR)

Birinci Divizionda 2019/2020-ci illər mövsümünün ilk turu çərçivəsində keçirilən "Kəpəz” – MOİK görüşündən öncə Gəncədə fəaliyyət göstərən Qarabağ qazilərindən ibarət amputant futbol komandasının üzvləri meydançaya çıxıb.
 
Sport7.az xəbər verir ki, onlar yeni mövsümün başlaması münasibətilə hər iki komandanın oyunçuları ilə görüşərək uğurlar arzulayıblar. Qazilər həmçinin, "Kəpəz”in kapitanı Əli Səmədova komandanın formasını hədiyyə ediblər.

Qeyd edək ki, Gəncə futbolunun kuratoru İsgəndər Cavadov da oyundan əvvəl stadionda ayaqüstü Qarabağ qaziləri ilə görüşüb və onları qarşıdakı günlərdə klubun bazasına qonaq çağırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR