"Qarabağ" - "Qəbələ" görüşünün vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli bəlli olub. 

Sport7.az xəbər verir ki, 2 günü əhatə edəcək turun açılış matçında "Sabah" "Keşlə"ni qəbul edəcək. Tura "Neftçi” - "Zirə” qarşılaşması ilə yekun vurulacaq. 
 
AVRO-2020 ilə əlaqədar olaraq, aprelin 12-dən etibarən "Bakcell Arena”da renovasiya işləri aparılacaq. Peşəkar Futbol Liqası bu səbəbdən təqvimdə 3-cü dövrənin "Zirə” - "Neftçi” oyunu ilə 4-cü dövrənin "Neftçi” - "Zirə” görüşünün yerini dəyişdirib. Premyer Liqada XX turun oyunları isə bu həftəsonu keçiriləcək. 

Azərbaycan Premyer Liqası, XXI tur

14 mart

16:00. "Sabah” – "Keşlə”
"Bank Respublika Arena”

18:00. "Qarabağ” – "Qəbələ”
Tofiq Bəhramov adına Respublika Stadionu, 

15 mart

16:00. "Sumqayıt” – "Səbail”
"Kapital Bank Arena”, 16:00

18:00. "Neftçi” – "Zirə”
"Bakcell Arena”

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR