"Qarabağ" "Qəbələ" ilə oyuna itkiylə hazırlaşır - FOTOLAR

"Qarabağ" Azərbaycan Premyer Liqasının XVII turunda qarşılaşacağı "Qəbələ"ylə matçın hazırlıqlarını davam etdirir.

Sport7.az klubun saytına istinadən xəbər verir ki, Ağdam klubu ötən gün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxıb.
 
Komanda isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Hazırlıq ikitərəfli oyunla başa çatıb. 

Zədədədən əziyyət çəkən Miçel hazırlıq prosesində iştirak etməyib.

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu fevralın 17-si, saat 17:30-da başlayacaq.
 



 
Sport7.az

Xəbər lenti