"Qarabağ" ilk qələbəsini qazandı - YENİLƏNİB

Bu gün Avroliqanın qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.
 
Sport7.az xəbər verir ki, ölkəmizi təmsil edən "Qarabağ” səfərdə Ukrayna "Vorskla"sının qonağı olacaq.

Bakıda bu rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası Poltavada həm məğlubiyyətin əvəzini çıxmağa, həm də qrupda ilk qələbəsini qazanmağa çalışacaq.

Qrupda keçirdiyi üç oyunda qol vura bilməyən "Qarabağ” səfərdə "Sportinq”ə (0:2), Bakıda isə "Arsenal” (0:4) və "Vorskla”ya (0:1) məğlub olub.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan) 0:1
(Araz Abdullayev, 13-p.) 

"Vorskla": 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Nacip Yakubu, 6. Aleksandr Sklyar, 10. Vladislav Kulaç, 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov (k), 26. Yuri Kolomoyets, 33. Aleksandr Çijov, 66. Artur, 82. Pavel Rebyonok.
Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 3. Andro Giorqadze, 9. Mixail Sergeyçuk. 14. Nikolas Kareka, 23. Vadim Sapay, 40. Taras Sakiv. 44. Ardin Dalku.
Baş məşqçi: Vasili Saçko.
 
"Qarabağ": 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 28. Con Delarj, 52. Yakub Jezniçak, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion
 
"Arsenal" - 9, "Sportinq" - 6, "Vorskla" - 3, "Qarabağ" - 0

Sport7.az

Xəbər lenti