"Qarabağ"da fransalı hücumçu - RƏSMİ

"Qarabağ” yay fasiləsində həyata keçirdiyi dördüncü transferini rəsmən açıqlayıb.

Sport7.az xəbər verir ki, Ağdam təmsilçisi Maqaye Qeye ilə rəsmi müqavilə imzalayıb.

29 yaşlı fransalı hücumçu ilə müqavilənin detalları bəlli deyil. Seneqal əsilli forvardın son iş yeri Türkiyənin "Osmanlıspor" klubu olub. O, karyerası ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarının formasını geyinib.

"Qarabağ” yay fasiləsində braziliyalı müdafiəçi Ailton Silvanı, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR