"Qarabağ" rahat qələbə qazandı (VİDEO)

Premyer Liqada  yaranmış fasilədən istifadə edən "Qarabağ" yoxlama oyunu keçirib. 

Sport7.az xəbər verir ki, Qurban Qurbanovun futbolçuları əvəzedici komanda ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç əsas komandanın 7:0 hesablı qələbəsi ilə başa çatıb. Emeqera və Reynaldo dubla imza atıb. Leroy Corc,İlqar Qurbanov,Cavid Tağıyev isə hərəyə bir dəfə fərqlənib. 

Qeyd edək ki, "Qarabağ" Premyer Liqamızın 12-ci turunda "Bakı"nın qonağı olacaq.



Sportal.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR