"Qarabağ" rəhbərliyi görüş keçirdi - FOTOLAR

Bu gün "Qarabağ" rəhbərliyi klubun bazasında akademiya heyəti ilə görüş keçirib.
 
Sport7.az xəbər verir ki, klubun direktoru Əmrah Çəlikəlin rəhbərliyi ilə baş tutan tədbirdə akademiyanın məşqçi, texniki-inzibati heyətiylə fikir mübadiləsi aparıb. Akademiyanın hazırki durumuyla bağlı danışan Əmrah Çəlikəl "Qarabağ"ın əsas məqsədinin Azərbaycan futboluna yeni futbolçular bəxş etmək və müvafiq yaş qruplarına üzrə milli komandalara çox sayda futbolçu vermək olduğunu da bildirib. Aşağı yaş qrupları üzrə komandaların da durumu müzakirə olunub və mövcud problemləri müəyyənləşdirilib.

Sonda direktor məşqçilərin fikirlərini dinləyib və onların suallarını cavablandırıb.
 

 
Sport7.az

Xəbər lenti