"Qarabağ" rəsmisi: "Gerye, sadəcə, azarkeşlərə təşəkkürünü bildirib"

"Qarabağ"ın aparıcı futbolçularından olan Donald Gerye azarkeşlərlə vidalaşıb.

O, şəxsi "İnstaqram" səhifəsində "Burada olmaq xoş idi. Hər şey üçün təşəkkürlər” sözlərini yazaraq klubdan ayrılmasına işarə edib. Baxmayaraq ki, "Qarabağ" hələ rəsmi şəkildə Gerye ilə yolları ayırdığını açıqlamayıb. Düzdü, futbolçunun klubla danışıqlar apardığı, amma pul məsələsində razılığa gələ bilmədikləri haqda məlumatlar da yayılıb. Bu üzdən rəsmi mövqe öyrənməyə çalışdıq.

"Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov Sport7.az-a açıqlamasında bunları söylədi: "Gerye yazıb ki, "mənimlə maraqlanan çoxsaylı insanlar var və onlara qalmağımı istədiklərinə təşəkkür edirəm". Yəni, vidalaşmadığını bildirib. Sadəcə, çoxsaylı azarkeşlərin diqqət, qayğısını gördüyünə görə təşəkkürünü bildirib. Danışıqlar prosesində bəzi texniki məsələlər var, yəqin yaxın günlərdə açıqlama veriləcək".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR