"Qarabağ" rəsmisi: "Məğlubiyyətə görə kiminləsə ayrıca görüşmək..."

"Neftçi" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun və nəticə barədə hər bir futbolçu ilə ayrılıqda danışacaını demişdi.
 
Futbolçuların yanında olamlı olduğunu vurğulayan Qurban bəy səhvləri aradan qaldıracaqlarına çalışacaqlarını bildirmişdi. Bəs bu görüş oldumu? Ümumiyyətlə, komandada əhval-ruhiyyə nə yerdədi?

Bu sualla klubun mətbuat katibi Nurlan İbrahimova müraciət etdik. Nurlan bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Qurban müəllim demişi ki, lazım olsa, futbolçularla görüşəcəm. Ümumiyyətlə, o futbolçularla həmişə görüşür. Demək olar həm ayrılıqda, həm də kollektiv şəklində hər gün görüşür. Sırf məğlubiyyətə görə kiminləsə ayrıca görüşmək məsələsi yoxdu. 

Əhval-ruhiyyə normaldı. Hər bir klubun başına gələcək haldı. Komanda artıq hazırlıqlara başlayıb. Sabah "Keşlə" ilə oyunumuz var".

Sport7.az

Xəbər lenti