"Qarabağ" rəsmisi: "Məşqçimiz hakimlərdən isinmə hərəkətlərinin vaxtını soruşub"

AFFA-nın İntizam Komitəsinin ötən tura həsr olunmuş qərarlarından biri də Tofiq Bəhramov adına Respublika stadionuna baş tutan "Qarabağ" - "Neftçi" matçı haqda oldu.
 
İK-nin qərarında yazılıb ki, oyundan əvvəl "Qarabağ”ın məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olub. Bu üzdən klub 1600 manat cərimə edilib. 

Maraqlıdı Ağdam klubunun məşqçisi oyundan əvvəl hakimlər otağına hansı məqsədlə daxil olubmuş? Bu sualımıza cavab almaq üçün klubun mətbuat katibi Nurlan İbrahimovla danışdıq. Nurlan bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Məşqçi oyundan əvvəl hakimlərin otağına nə üçün girə bilər ki? Sadəcə, onlardan isinmə hərəkətlərinin, komandaların nə vaxt meydana çıxacağını və paltardəyişmə otağına qayıdacağını, proqram cədvəlini soruşub. Ona görə də cərimələnib".

Sport7.az

Xəbər lenti