“Qarabağ” qələbə qazandı - YENİLƏNDİ

“Qarabağ” qələbə qazandı - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Sport7.az xəbər verir ki, son oyunda lider "Qarabağ" səfərdə "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da baş tutan görüşün ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. İkinci hissənin sonlarına yaxın Qurban Qurbanovun komandası Zubirin sayəsində hesabda irəli çıxıb. 90 dəqiqənin sonuna qədər başqa qol olmadığından görüş "Qarabağ"ın minimalhesablı qələbəsi ilə yekunlaşıb.
 
2 dekabr (bazar ertəsi)

20:00. "Sabah” – "Qarabağ” 0:1
(Abdullah Zubir, 74) 

"Sabah": 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 77. Cavid Tağıyev, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov.
Baş məşqçi: Jelko Sopiç.
 
"Qarabağ": 1. Asmir Beqoviç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Dani Kintana, 17. Abdullah Zubir, 9. Xayme Romero, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 3. Ailton Silva, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov. 
 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
"Bank Respublika Arena”
 
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.

 
"Keşlə” - "Sumqayıt” - 2:1
"Qəbələ” - "Zirə” - 3:0
"Səbail” – "Neftçi” - 0:0
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 13 9 3 1 22-5 30
2 Keşlə 13 6 4 3 16-10 22
3 Neftçi 13 6 4 3 20-11 22
4 Sumqayıt 13 5 2 6 17-19 17
5 Zirə 13 3 5 5 14-21 14
6 Sabah 13 3 4 6 14-16 13
7 Qəbələ 13 3 3 7 13-23 12
8 Səbail 13 3 3 7 9-20 12

 
Bombardir: Lorenzo Frutos ("Keşlə") - 6 qol

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR