"Qarabağ" zirvədə, "Sabah" səfərdə xal itirdi - YENİLƏNDİ

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

Sport7.az xəbər verir ki, günün ilk matçında "Keşlə" "Sabah"la üz-üzə gəlib. "ASK Arena"da baş tutan qarşılaşma bərabərliklə yekunlaşıb.

Günün ikinci matçında son çempion "Qarabağ" "Səbail"in qonağı olub. Qarşılaşma heç-heçə nəticələnsə də "Qarabağ" turnir cədvəlinin zirvəsinə yüksəlib.
 
11-ci tura noyabrın 30-da keçiriləcək "Sumqayıt" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

29 noyabr

Azərbaycan Premyer Liqası, 11-ci tur

14:00. "Keşlə” – "Sabah” 1:1 
(Kevin Kubemba, 60, Meza-Kolli, 85) 

"Keşlə”: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 8. Tural Axundov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 20. Rail Məlikov, 14. Turan Vəlizadə, 97. Xəzər Mahmudov,
Baş məşqçi: Yunis Hüseynov

"Sabah”: 12. Alvaro Villete, 15. Ruslan Abışov (k), 4. Bəhlul Mustafazadə, 14. Slavik Alxasov, 46. Aleksey İsayev, 3. Ulise Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 25. Əlirza Müştəbazadə, 8. Elşən Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 60. Abbas Ağazadə, 20. Elçin Mustafayev, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomez

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"ASK Arena”

16:00. "Səbail” – "Qarabağ” 1:1
(Amil Yunanov, 57, Donald Gerye, 64) 

"Səbail”: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 34. Urfan Abbasov (k), 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 8. Bəxtiyar Rəhmani, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 6. Orxan Qurbanlı, 99. Bahadur Həziyev, 13. Əli Sadıxov, 2. Arsen Ağcabəyov, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
 
"Qarabağ”: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Qerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 24. Nihad Tamazov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"ASCO Arena”

İlk oyun günündə aşağıdakı komandalar qaşılaşıb.
 
"Neftçi" - "Zirə" 0:0
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 10 5 4 1 27-7 19
2 Zirə 11 5 4 2 12-9 19
3 Neftçi 11 5 3 3 11-13 18
4 Sumqayıt 10 4 3 3 13-15 15
5 Keşlə 11 3 4 4 12-16 13
6 Sabah 11 3 1 7 11-14 10
7 Səbail 10 2 4 4 11-13 10
8 Qəbələ 10 1 5 4 8-18 8
 
Bombardirlər: Əli Qurbani ("Sumqayıt"), Filip Ozobiç, Mahir Emreli (hər ikisi "Qarabağ"), Namiq Ələsgərov ("Neftçi") - 6 qol

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR