"Qarabağ" - "Sevilya" matçına neçə bilet satılıb? - Son məlumat

Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində baş tuatacaq "Qarabağ" - "Sevilya" matçına bilet satışı fəal şəkildə davam edir.
 
Sport7.az xəbər verir ki, bu görüşə maraq böyük olduğundan artıq biletlərin xeyli hissəsi satılıb. Belə ki, matça 2 gün qalmış artıq 25 min bilet öz sahibini tapıb. Qalan 4.980 bilet öz alıcısını gözləyir.
 
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün biletlərinin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.
 
Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
"Gənclik" və "28 Mall" (iticket satış məntəqəsi)
"Park Bulvar" AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR