"Qarabağ" - "Sevilya" matçının hakimləri açıqlandı

Avropa Liqasında qrup mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Sevilya" (İspaniya) matçının hakim təyinatları açıqlanıb.
 
Sport7.az xəbər verir ki, matçı ukraynalı hakimlər briqadası idarə edəcək. Baş hakim Yevgeni Aranovski olacaq. Ona yan xətt hakimləri Semyon Şlonçak və İqor Alokin kömək edəcək.
 
Dördüncü hakim funksiyasını isə Yaroslav Kozuk yerinə yetirəcək.
 
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün start fiti sentyabrın 19-u saat 20:55-də səsləndiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR