"Qarabağ" - "Sileks" matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" (Şimali Makedoniya) matçının təyinatları bəlli olub. 

Sport7.az xəbər verir ki, qarşılaşmanı ukraynalı hakimlər idarə edəcək. Baş hakim Yaroslav Kozik yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Anatoli Abdulla yerinə yetirəcək. 

Görüşün hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq. 

"Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Bakıda gerçəkləşəcək və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR