"Qarabağ" "Sumqayıt"a qalib gəldi - YENİLƏNDİ

Bu gün Topaz Premyer Liqasında 4-cü tura start veriləcək.

Sport7.az xəbər verir ki, 3 günə bölünmüş turun ilk oyunu bu gün baş tutacaq.

"Qarabağ" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gələcək. İlk 3 turun nəticələrinə əsasən hazıərda 4 və 5-ci pillələri bölüşən "Sumqayıt"la "Qarabağ"ın duelində təbii i, favorit son Azərbaycan çempionudu. Nazim Süleymanovun komandası səfərdə rəqibinə uduzmamağa çalışacaq. 

Bu komandalar Premyer Liqada indiyədək 24 görüşdə qarşılaşıb. Onların 17-də "Qarabağ", 4-də isə qonaqlar qələbəyə sevinib. Qalan 3 qarşılaşma heç-heçə nəticələnib. Top fərqində də Ağdam təmsilçisi öndədir - 50:12. Ölkə çempionu rəqibinə qarşı son 11 oyunda meydanı xalsız və qolsuz tərk etməyib. "Sumqayıt” isə son 5 səfər oyununda məğlub olub.

14 sentyabr

20.00. "Qarabağ” – "Sumqayıt” 1:0 
Qırmızı vərəqə: Yusif Nəbiyev, 70 ("Sumqayıt")
Qol: Ozobiç (21-pen)

Qarabağ: 13. Vaqner da Silva, 7. İnnosent Emeqara, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Mahir Mədətov, 21. Hacıağa Hacılı, 28. Con Delarj, 55. Bədavi Hüseynov.

Baş məşqçi: Qurban Qurbanov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 7. Cavid Tağıyev, 18. Süleyman Əhmədov, 41. Turan Manafov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev.

Baş məşqçi: Nazim Süleymanov.

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Azersun Arena”

Sport7.az

Xəbər lenti