Avropa Liqasının qrup mərhələsində Azərbaycanın
yeganə təmsilçisi olan "Qarabağ” növbəti ev oyununu da İstanbulun "Fatih Terim
Başakşəhər stadionu”nda keçirəcək.
Sport7.az xəbər verir ki, qarşılaşmanın start fiti
noyabrın 26-da, Bakı vaxtıyla 21:55-də səslənəcək.
"Köhlən atlar” Türkiyəyə sabah yollanacaqlar. "Qarabağ”ı
İstanbula aparan çarter reysi sabah saat 11:00-da Bakıdan havaya qalxacaq.