"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"la oyun üçün Türkiyəyə yola düşüb.
Sport7.az xəbər verir ki, Ağdam təmsilçisi İstanbul şəhərinə yollanıb.
"Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Sport7.az