"Qarabağ" uçdu (FOTOLAR)

"Qarabağ" Avroliqanın "pley-off" mərhələsində baş tutacaq "Linfild"lə səfər oyunu üçün Şimali İrlandiyaya yola düşüb.
 
Sport7.az xəbər verir ki, komanda bu gün gecə saatlarında Belfasta yollanıb. Əsas heyət üzvlərindən Riçard Almeyda ilə Rahil Məmmədov cəzalı, Filip Ozobiçlə Bədavi Hüseynov isə zədəli olduğu üçün səfərə aparılmayıb. Ancaq klubun vitse-prezidenti Tahir Gözəl komanda ilə birlikdə gedib.
 
Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq görüşün start fiti avqustun 22-si, saat 22:45-də səsləndiriləcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR