“Qarabağ” üçün böyük şans

“Qarabağ” üçün böyük şans
Çempionlar Liqasında Sloveniya təmsilçisi "Olimpiya”ya rəqib olan "Qarabağ” bu rəqiblər ilk görüşə hazırlaşır.

Sport7.az xəbər verir ki,  "köhlən atlar” iyulun 11-də Lyublyanadakı "Stoyitse” stadionunda  "Olimpiya”ya qonaq olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da start götürəcək.

Maraqlıdı ki, həmin gün DÇ-nin yarımfinal matçı da var. Özü də həmin qarşılaşma "Olimpiya” – "Qarabağ” görüşü ilə eyni saatda başlayır. Bu fakt isə "Olimpiya” rəhbərliyini narahat edir. Onlar görüşün start fitinin daha erkən səslənməsinə və dünya çempionatının yarımfinal oyununa qədər yekunlaşmasına çalışırlar.

Sözsüz ki, bu istəyin səbəbi stadionda daha çox azarkeş cəlb etməkdi. Sloveniya çempionunun rəhbərliyi azarkeşlərin mundiala üstünlük verəcəyindən, tribunaların boş qalacağından narahatdılar.

Bu isə "Qarabağ” üçün əlavə şans deməkdi. Çempionumuz Sloveniyada azarkeş təzyiqi olmadan, rahat şəkildə oynamaq imkanı qazanacaq.

Sport7.az

Xəbər lenti