"Qarabağ" üçün bir məşq

"Qarabağ"ımız Antalyada təlim-məşq toplanışını davam etdirir.

Sport7.az xəbər verir ki, hazırlığın beşinci günü iki məşqlə geridə qalıb. Günün ilk məşqi yerli vaxtla saat 11:30-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular hazırlıq prosesində fiziki təmrinləri yerinə yetirib.

Günün ikinci məşqi isə yerli vaxtla saat 17:30-da start götürüb və təxminən bir saat yarım davam edib. Hazırlıqda fiziki çalışmalara üstünlük verilib. Sonda isə toplu çalışmalarla məşqə yekun vurulub.

Komandaya bu gün üçün bir məşqi nəzərdə tutulub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR