"Qarabağ" və "Olimpiya"nın prezidentləri bir arada - FOTO

"Qarabağ" Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Sloveniyada "Olimpiya" ilə qarşılaşacaq.

Sport7.az xəbər verir ki, Ağdam klubunun prezidenti Tahir Gözəl və rəqib komandanın prezidenti Milan Mandariç bu gün keçiriləcək oyunöncəsi rəsmi naharda bir araya gəliblər. Görüşdə "Qarabağ"ın digər rəsmiləri də iştirak ediblər.

"Olimpiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.
 
 
Sport7.az

Xəbər lenti