"Qarabağ" xal itirdi, "Sumqayıt" qələbə qazandı - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasında 11-ci tura bu gün yekun vurulacaq. 
 
Sport7.az xəbər verir ki, günün ilk matçında "Sumqayıt" səfərdə "Sabah"ın qonağı olub. Görüşün ilk hissəsində hesabı açmağa nail olan "Sabah" fasiləyə üstün yollanıb. Ancaq İqor Ponamaryovun komandası bu üstünlüyü nə artıra, nə də qoruyub saxlaya bilib. İkinci hissəyə inamlı başlayan Ayxan Abbasovun komandası rəqib qapısından 3 qol keçirərək yekun nəticəni öz xeyrinə dəyişə bilib - 1:3. Bu qələbədən sonra 4-cü pilləyə yüksələn "Sumqayıt"ın orada qalıb-qalmayacaqğı günün son matçının ardından bəlli olacaq.
 
Turun son qarşılaşmasında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Zirə"ni qəbul edib. Görüşdə Qurban Qurbanovun komandası hesabı erkən açaraq, 5-ci dəqiqədə önə çıxıb. Ancaq liderə müqavimət göstərməyi bacaran "Zirə" istədiyi qolu ikinci hissədə vura bilib. Qadze hesabı bərabərləşdirib. Matç elə bu hesabla yekunlaşdığından, "Qarabağ" xal itkisi ilə barışmalı olub.
 
Azərbaycan Premyer Liqası, 11-ci tur

10 noyabr (bazar)

19.00. "Qarabağ” – "Zirə” 1:1
(Maqaye Qeye, 5, Riçard Qadze, 69) 

"Qarabağ”: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 8. Markos Madera, 6. Simeon Slavçev, 17. Abdullah Zubir, 3. Ailton Silva, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
 
"Zirə”: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 23. Mfo Kqasvane, 25. Miloş  Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov,
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 64. Kənan Cəfərov
Baş məşqçi: Zaur Həşimov

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
 
16.30. "Sabah” – "Sumqayıt” 1:3
(Ulise Diallo, 32, Peyman Babayi, 56, Mehdi Şərifi 76, Əmir Ağayev, 90+5) 

"Sabah”: 1. Saşa Stamenkoviç (k), 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov,
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 19. Təmkin Xəlilzadə, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov
Məşqçi: Ramin Quliyev

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
 
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Bank Respublika Arena”
 
Turun dünən keçirilən görüşlərində aşağıdakı nəticələr qeydə alınıb: 
 
"Keşlə” – "Neftçi” 2:1
(F.Flores, 63, Meza Kolli, 85 - D.Gerye, 45+1)
 
"Qəbələ” – "Səbail” 3:0 
(Volkov, 22, 44. Ülvi İskəndərov, 90+2)
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
 
Bombardir: Lorenzo Frutos ("Keşlə") - 5 qol
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR