"Qarabağ" "Yuventus"a sataşdı (FOTO)

"Qarabağ" İtaliya A Seriyasının nəhəngi "Yuventus"la məzələnib.

Sport7.az xəbər verir ki, ötən gecə "Yuve" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşləri çərçivəsində "Atletiko"nun qonağı olub. Matç ispanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

"Qarabağ"ın rəsmi səhifəsi isə bu məğlubiyyətə görə "Yuventus"la şirin zarafat edib. Klub 2017-ci ildə qrup mərhələsində qarşılaşdıqları "Atletiko" ilə səfər matçında Miçelin vurduğu qolun videogörüntüsünü "Feysbuk" vasitəsilə paylaşıb və üzərində "Juventus, wanna see how to score AtleticoMadrid?" ("Yuventus", "Atletiko"ya necə qol vurulacağını görmək istəyirsən?") sözləri yazılıb. Daha sonra "Miçel, bəlkə bir oyun(luq)?" sözləri də əlavə olunub.

Ağdamlılar 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Atletiko" ilə keçirdikləri matçın heç birində məğlub olmayıb. Bakıda baş tutan görüş qolsuz  bərabərliklə nəticələnibsə, Madriddəki cavab qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınıb.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR