"Qarabağ" zirvədən tərpənmədi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasının 8-ci, yəni 2-ci dövrənin ilk turuna start veriləcək.

Sport7.az xəbər verir ki, turun ilk günündə bir oyun keçiriləcək. "Qarabağ" "İnter Arena"da "İnter"in qonaı olacaq.

Təbi ki, liderliyini qoruyub saxlamaq üçün ağdamlılar bu görüşdə yalnız qələbəyə köklənəcək. "İNter"in hazırkı durumu da rəqib üçün üstünlük sayılmalıdı. "İnter" is qələbə qazanacağı təqdirdə xal baxımından ən azı birgünlük "Sumqayıt"a çatacaq. Doğma azarkeşləri qarşısında oynayacaq "İnter"in rəqibinə heç də asan təslim olmayacağı gözlənilir.

Bu komandalar Azərbaycan çempionatlarında ümumilikdə 52 dəfə görüşüblər. Bunun 12-də "İnter", 23-də "Qarabağ" meydandan 3 xalla ayrılıbsa, qalan 17 görüş heç-heçə nəticələnib. Top fərqi də məhz Ağdam təmsilçisinin xeyrinədi - 32:58. 

"Qarabağ” son iki oyunda qələbə qazanıb. "İnter”in meydanındakı son iki matçda 3 qol vurulub. 
 
Azərbaycan Premyer Liqası, 2-ci dövrə

1-ci tur

13 oktyabr

"İnter” – "Qarabağ” 0:2 (BİRİNCİ HİSSƏ)
(Dino Ndlovu, 85, 90+2) 

"İnter”: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva (k), 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad  Bayramov, 27. Adrian Skarlatake, 88. Məmməd Quliyev
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 99. Ricat Qarayev
Baş məşqçi: Zaur Svanadze
 
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 88. Elşən Abdullayev
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Nihad Tamazov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Donald Qerye, 90. Ramil Şeydayev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
"İnter Arena”, 15:30

"Qarabağ" - 16, "Zirə" - 15, "Qəbələ" - 13, "Sumqayıt" - 10, "İnter" - 8, "Səbail" - 6, "Neftçi" - 4, "Kəpəz" - 4

Bombardir: Mahir Mədətov ("Qarabağ") - 5.

Sport7.az

Xəbər lenti