"Qarabağ"a çempionluq kuboku təqdim olundu - FOTOLAR

Bu gün U-19 Liqasında son turun oyunları keçirilib.
 
Sport7.az xəbər verir ki, "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu turda AZAL-ı qəbul edib.
 
2 tur öncə çempionluğunu rəsmiləşdirən ağdamlılar bu matçda 7:0 hesablı qələbə qazanıb.
 
Qarşılaşmadan sonra isə  "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, AFFA-nın baş katibi Elxan Məmmədov və klubun baş məşqçisi Qurban Qurbanov tərəfindən futbolçulara qızıl medallar və çempionluq kuboku təqdim olunub.
 






 
Sport7.az

Xəbər lenti