Nurlan İbrahimov "Qarabağ”dan ayrılıb.
Sport7.az xəbər verir ki, bu barədə Nurlan
İbrahimov özü "Feysbuk”da status paylaşıb.
UEFA-nın məlum qərarından sonra İbrahimovun
futbolla bağlı hansısa fəaliyyətlə məşğul olmasına qadağa qoyulub. Bundan başqa
UEFA Nurlan bəyin şəxsi səhifəsindən yazdığı statusa görə "Qarabağ”a 100 min
avro cərimə kəsib.
Hazırda klub bu qərarlarla bağlı şikayət verib və vəkillər
ağır cəzaların ləğvi üçün çalışırlar.