"Qarabağ"da baş məşqçi İSTEFASI

Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış "Qarabağ” (Vyana) klubunda gözlənilməz baş məşqçi istefası qeydə alınıb.
 
Sport7.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Baş məşqçi Volkan Kahraman Avstriyanın Şərq Regional Liqasında mübarizə aparan komanda ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
 
Qeyd edək ki, "Qarabağ”da azərbaycanlı futbolçular da çıxış edirlər. Dmitri Nağıyevlə Elvin Bədəlov ötən ilin yayından bu klubun şərəfini qoruyursa, Emil Fərzəliyev bu qış transfer dönəmində Vyana təmsilçisinə keçib.

"Qarabağ” hazırda Avstriyanın gücünə görə üçüncü dərəcəli çempionatı sayılan Şərq Regional Liqasında 27 xalla 7-ci pillədə qərarlaşıb və liderdən 10 xal geri qalır. 
 
Sport7.az

Xəbər lenti