"Qarabağ"da ciddi itkilər

Çempionar Liqasında mübarizəni dayandıran "Qarabağ” ciddi itkilərlə üzləşib.

Sport7.az xəbər vrir ki, baş məşqçi Qurban Qurbanov Riçard Almeyda və Rahil Məmmədovun xidmətindən mərhum olub.

Hər iki futbolçu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin APOEL-lə cavab matçında cəzalı duruma düşüb. Rahil sarı vərəqə limitini doldurub, Riçard isə qırmızı vərəqə alıb.

Bundan başqa müdafiəçisi Bədavi Hüseynov və yarımmüdafiəçisi Filip Ozobiç də zədə əziyyət çəkir.

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild” klubu ilə qarşılaşacaq. İlk oyunu avqustun 22-də səfərdə, cavab matçı bir həftə sonra Bakıda olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR