"Qarabağ"da sürpriz ziyarət - FOTOLAR, VİDEO

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda qarşılaşacağı "Çelsi"ylə matçın hazırlıqlarını davam etdirir.
 
Sport7.az xəbər verir ki, dünən axşam məşqindən öncə komandanın düşərgəsində sürpriz ziyarət baş tutub. "Qarbağ"ın prezidenti Abdulbari Gözəl komandanı ziyarət edib. Məşqdən öncə futbolçularla tək-tək görüşən prezident onlarla da yaxından maraqlanıb. Daha sonra Abdulbari bəy Çempionlar Liqasında qazanılan uğurun mahiyyətindən danışıb və futbolçulara öz təşəkkürünü bildirib. Bu tarixi uğurun Azərbaycan xalqının, xüsusi ilə də məcburi köçkünlərimizin qəlbinə sevinc nəsib etdiyi vurğulayıb. Sonda isə gətirdiyi şirniyyat futbolçulara paylanılıb və görüş xoş ovqatla başa çatıb.
 




 
 
Sport7.az

Xəbər lenti