"Qarabağ"dan azarkeşlərə böyük jest

"Qarabağ" cari mövsüm avrokuboklardakı sonuncu, "Düdelanj"la görüşdə stadiona gələn azarkeşlərə jest edib.
 
Sport7.az xəbər verir ki, Lüksemburq təmsilçisi ilə görüşü stadiondan canlı izləyən azərbaycanlı azarkeşlər "Qarabağ"ın növbəti avrokubok matçına pulsuz bilet əldə edib. Yəni həmin azarkeşlər sözügedən görüşdə oturduqları və dəstək verdikləri yerlərə növbəti avrokubok matçında pulsuz bilet əldə edəcək.
 
Klubun rəsmi "feysbuk" səhifəsində prosesin necə olacağı da açıqlanıb: "Nəticə gözləmədən, saat fikirləşmədən "Qarabağ"ımızın yanında oldunuz və növbəti avrokubok oyunumuza bilet bizdən hədiyyə. Belə ki, oyunu izləyən azarkeşlərimiz bugündən etibarən öz bilet və şəxsiyyət vəsiqəsi ilə iticket satış məntəqələrinə yaxınlaşaraq növbəti avrokubok oyunumuza dünənki yerə pulsuz şəkildə bilet əldə edə bilər. Qeyd edək ki, yalnız ödənişli biletlər nəzərə alınacaq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR