"Qarabağ"dan "Liverpul"a qol vuran hücumçuya TƏKLİF

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Serbiyanın "Srvena Zvezda" klubunun futbolçusu Milan Pavkovu heyətinə qatmaq istəyir.

Sport7.az xəbər verir ki, bu barədə "Report" "B92" nəşrinə istinadən məlumat yayıb. Ağdam təmsilçisi 26 yaşlı hücumçuya ciddi maraq göstərib. Serbiyalı forvard da "Qarabağ"a keçməyə müsbət yanaşır.
Ölkə çempionu Pavkovun kiçik olmayan maliyyə tələblərini yerinə yetirərsə, transfer gerçəkləşə bilər.

Milan Pavkov 2017-ci ildən "Srvena Zvezda"da oynanır. O, 2018/2019 mövsümündə komanda ilə Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Pavkov qrup mərhələsində "Liverpul"la görüşdə baxımlı qola imza atmışdı.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubu ilə üz-üzə gələcək. Oyun avqustun 18-də Bakıda olacaq və saat 20:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR