"Qarabağ"dan Səlahət Ağayev açıqlaması

"Qarabağ" klubunun "Neftçi"nin qapıçısı Səlahət Ağayevlə danışıqlar apardığı iddia olunur. 

Məsələni dəqiqləşdirmək üçün Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq. 

Klub sözcüsü Sport7.az-a açıqlamasında bu xəbərin həqiqətə uyğun olmadığını bildirib. 

"Hazırda nə Səlahət, nə də başqa bir futbolçunun keçidi aktual deyil. Heç bir futbolçu ilə müqavilə bağlamamışıq. Hər hansısa bir transfer reallaşsa, ictimaiyyətə məlumat verəcəyik. Ancaq hazırda belə bir şey yoxdu". 
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR