"Qarabağ"ı dəstəksiz buraxmayan Elmirin indi özünün dəstəyə ehtiyacı var

Futbolun bəzəyi həm də azarkeşlərdi. Boşuna deməyiblər ki, futbol azarkeşlər üçün oynanır.
 
Bu gün haqqında danışacağımız şəxs də futbolun bəzəyidi - yəni, çılğın azarkeşidi. Uzun müddətdir tribunalarda olan, daim sevdiyi klubunu və ölkəsinin millisini dəstəksiz buraxmayan Elmirin indi özünün dəstəyə ehtiyacı var. Söhbət "Qarabağ" azarkeşi Elmir Kərimovdan gedir.

Futbol ictimaiyyətində də onu tanıyanlar az deyil. O, 3-cü qrup əlildi. Evin böyük oğlu olan Elmir, artıq işləmək, ailəsini dolandırmaq və valideynlərinə baxmaq istəyir. Ancaq hələki bu arzusu ona müəssər olmur. Çünki iş tapa bilmir. Fiziki qusurundan (xüsusi aparatla eşidir) dolayı getdiyi qapılardan geri qaytarılır. İndi isə üz tutub futbol ictimaiyyətinin qapısına. Deyir, "iş tapa bilmirəm, ailəm də çox pis olur. İstəmirəm pis olsunlar. Üzülürəm, amma başqa çarəm yoxdur".

Elmir AFFA-dan, sevimli klubu "Qarabağ"ın timsalında bütün klublarımızdan üz tutduğu qapılardan boş qaytarmasına ümid edir. O inanır ki, bununla ümidlərinə qara xətt yox, işıq salıb gələcəyinə ümid yaradacaqlar.
 
Sport7.az

Xəbər lenti