"Qarabağ"ı maraqlandıracaq xəbər – Bu ölkədə çempionat dayandırıldı

Koronavirus adlı bəlanın təsirləri futbolun üzərindən çəkilmək bilmir.

Sport7.az xəbər verir ki, Moldova Futbol Federasiyası ölkə çempionatının dayandırılmasını qərara alıb.

Məcburi fasilə sentyabrın 11-ə qədər davam edəcək. Buna səbəb son günlər koronavirusla bağlı vəziyyətin pisləşməsidi.
 
Moldova çempionatının qalibi "Şerif" "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibidi. 

Qeyd edək ki, Moldova çempionatında çıxış edən "Milsami” komandasın həmyerlimiz Amit Quluzadə oynayır. Komandalar indiyə qədər 8 turda meydana çıxmışdılar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR