"Qarabağ"ın 2-ci mərhələdəki rəqibləri - Yenə "Şerif"?!

Nyonda keçirilən püşkatmada Azərbaycan çempionu "Qarabağ”ın avrokuboklardakı növbəti mümkün rəqibi müəyyənləşib.

Sport7.az xəbər verir ki, Ağdam klubunun Şimali Makedoniyanın "Sileks” klubu ilə I təsnifat mərhələsində təşkil etdiyi cütün qalibinin rəqibi bilinib. Qurban Qurbanovun yetirmələri ilk mərhələni keçsə, "Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü ilə qarşılaşacaq.

Bu matç avqustun 25-26-da keçiriləcək. "Qarabağ” – "Sileks” cütünün qalibi olarsa, rəqibini Bakıda qəbul edəcək.

Bakıda baş tutacaq "Qarabağ” – "Sileks” oyunu avqustun 18-i və ya 19-da keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR