"Qarabağ"ın 400-cü səfəri

"Qarabağ” Azərbaycan çempionatlarında 400-cü səfər oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, yubiley "Sabah”la 14-cü turun matçında gerçəkləşib. Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb. "Qarabağ” rəqib meydanlarındakı 400 görüşdə 182 dəfə qalib gəlib. 106 heç-heçəsi olan komanda 112 dəfə meydandan xalsız ayrılıb.

"Qarabağ”ın ilk səfəri 1992-ci il mayın 9-na təsadüf edib. Həmin gün ağdamlılar Salyanda "Plastik”i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR