"Qarabağ"ın Antalyada onuncu günü - FOTOLAR

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Sport7.az klubun saytına istinadən xəbər verir ki, komanda hazırlığın 10-cu gününü tək məşqlə başa vurub.
 
Yerli vaxtla 17:30-da start götürən məşq təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki tapşırıqları yerinə yetirib. Məşq iki tərəfli oyunla yekunlaşıb.
 




 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR