"Qarabağ"ın avrokubok təcrübəsi var" - "Vorskla"nın baş məşqçisi

"Güclü qrupa düşmüşük. Bizim üçün böyük təcrübə olacaq. Əlimizdən gələni edəcəyik".

Sport7.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko deyib.
 
Mütəxəssis Ağdam təmsilçisinin qrup mərhələsi təcrübəsi olduğunu bildirib: "Qarabağ"ın təcrübəsi var. Onlar 6-7 ildir qrup mərhələsində çıxış edirlər. Rəqiblərimiz güclü komandalardır".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ" səfərdə "Sportinq"in, "Vorskla" isə "Arsenal"ın qonağı olacaq.
 
Sport7.az

Xəbər lenti