"Qarabağ"ın Avroliqadakı rəqibinin azarkeşləri ukraynalıları "fahişə" adlandırdı

Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən olan "Sent-Etyen” azarkeşləri Fransa çempionatının XIX turu çərçivəsində "Evian”la (3:0) görüşdə stadionda təhqiredici banner asıblar. 

Sport7.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu xoşagəlməz banner isə "Dnepr” fanatlarının ünvanına səslənib.
 
Belə ki, dekabrın 11-də Kiyevdə qitə miqyaslı klub turnirinin qrup mərhələsinn son turunda "Sent-Etyen”in 11 azarkeşi zərər çəkdiyi üçün fanatlar bu dəfə "Evian”la matçda tribunada "Biz fahişələri çıxartmağı planlaşdırırdıq, lakin onların oğulları qarşıladılar” bannerini asıblar.
 
Qeyd edək ki, "Dnepr” Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində "Sent-Etyen”i 1:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə keçib. "Qarabağ” isə Bakıda "İnter”lə qolsuz bərabərliyə qalıb və qrupu III pillədə başa vurub. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR