"Qarabağ"ın Avroliqanın pley-offuna çıxması üçün üç variant

Dekabrın 11-də Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində sonuncu - həlledici oyununa çıxacaq. 

Sport7.az xəbər verir ki, komandamız hazırda F qrupunda 5 xala malikdir.
 
Son turda təmsilçimiz İtaliya "İnter"ini qəbul edəcək. Hansı ki, sözügedən komanda geridə qalan oyunlarda 11 xal toplayaraq artıq qrupdan çıxmağı özü üçün təmin edib.
 
Komandamız son turda Milan klubuna məğlub olsa, dəqiq növbəti mərhələyə adlaya bilməyəcək. Belə olan halda F qrupunun ikincisi "Dnepr" (4 xal) - "Sent-Etyen" (5 xal) cütünün qalibi olacaq. Həmin oyunda heç-heçə qeydə alınacağı halda isə, fransızlar pley-offa vəsiqə qazanacaqlar.
 
"Qarabağ" "İnter"lə sülh bağlasa, o zaman digər oyunda da heç-heçə qeydə alınmasını arzulayacaq. O zaman bütün komandalar öz yerində qalacaq ki, reqlamentə görə şəxsi oyunlardakı göstəricilərinə nəzər salınacaq ki, burada ağdamlılar "Sent-Etyen"i qabaqlayacaqlar. "Qarabağ" sülh bağlasa, digər görüşdə qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.
 
"Qarabağ" "İnter"ə qalib gələcəyi təqdirdə isə, digər oyunun nəticəsindən asılı olmayaraq, pley-offa məhz Azərbaycan çempionu vəsiqə qazanacaq.

Ümid edək ki, "Qarabağ"ımız qələbə qazanıb, digər mütçın nəticəsini gözləmədən pley-off mərhələsinin sevincini yaşasın.


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR