"Qarabağ" avrokuboklarla "sülh"lə vidalaşdı - YENİLƏNDİ

Bu gün Azərbaycan çempionu "Qarabağ” Avropa Liqasının 2019/20 mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirib.

Sport7.az xəbər verir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun "Düdelanj” komandasını qəbul edib. Bu görüşdə özünə bənzəməyən Qurban Qurbanovun komandası fasiləyə qədər rəqib qapısına yol tapa bilməyib. Fasilədən sonra isə öz qapısında qol görüb. Ancaq hesabı bərabərləşdirməyə çalışan komanda bu arzusuna 90+3-cü dəqiqədə çatıb.
 
Beləliklə, hələ ötən turda növbəti mərhələyə adlamayacağı dəqiqləşən komanda avrokubokları "sülh"lə başa vurub. Maraqlıdı ki, qrupun digər matçında APOEL doğma meydanda "Sevilya"nı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.


Avropa Liqası
Qrup mərhələsi
VI tur

21.55 Qarabağ (Azərbaycan) - Düdelanj (Lüksemburq) 1:1
(Sabir Buqren, 63, Maqaye Geye, 90+1) 

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Asmir Beqoviç, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 20. Riçard Almeyda, 23. Faysal Rerras, 71. Tural Bayramov, 99. Maqaye Geye.
Baş məşqçi: Qurban Qurbanov.
 
"Düdelanj": 1. Conatan Juber (k), 4. Kobe Kools, 5. Tom Şnell, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mişel Qaros, 22. Antuan Bernye, 27. Adel Bettaeb, 28. Şarl Morren, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren.
Ehtiyat oyunçular: 30. Tim Kips, 8. Mario Pokar, 13. Omar Natami, 15. Rikardo Delqado, 23. Rayan Klapp, 24. Mehdi Kirx, 98. Loren Mendi.
Məşqçi: Lehit Zeqdane.

Hakimlər: Kristo Tohver, Silver Koiv, Sten Klaasen, Juri Frişer (Estoniya).
Hakim-inspektor: Nikolay İvanov (Rusiya).
UEFA nümayəndəsi: Sergey Lisnik.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR