"Qarabağ"ın Avstriyadakı düşərgəsindən son xəbərlər

"Qarabağ" 2015/16 mövsümünün hazırlığına start verib. 

Sport7.az xəbər verir ki, son ölkə çemponu və kubokun sahibi olan komanda ötən il olduğu kimi bu dəfə də təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.

"Qarabağ" Avstriya-Almaniya sərhəddində, Tirol şəhərinə yaxın Kössen qəsəbəsindəki ötənilki oteldə məskunlaşıb. 21 günlük təlim-məşq toplanışı keçirməyi planlaşdıran komanda dünən Bakı – İstabul – Münxen reysiylə günorta saaatlarında ölkəni tərk edib. Bavariya əyalətinin ən böyük şəhərindən isə heyət avtobusla Kössenə yollanıb. Təxminən saat yarımlıq yolçuluqdan sonra Alp dağlarının yamacında yerləşən otelə çatanda Bakı saaatıyla 03:00 olub.

Ağdam komandası Bakıdan təlim-məşq toplanışına tam heyətlə getməyib. Əsas və U-21 millisində olan futbolçular ötən mövsümü gec qapadığından, komandaya iyunun 23-də qoşulacaqlar. Ötən mövsümün gedişində "Qarabağ"ın sıralarına qatdığı, amma reqlament səbəbindən meydana çıxma şansı olmayan ispaniyalı Dani Kintana da Münxendə komandaya qoşulub. Digər legionerlər isə bu gün və sabah komandanın düşərgəsinə qoşulacaq. Sadəcə, sentyabrdan zədəli olan braziliyalı legioner Şumbinyonun iyunun 30-da təlim-məşq toplanışına qoşulacağı gözlənilir.

"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı müddətində 3 və ya 4 yoxlama oyunu keçirəcəyi gözlənilir. Oyunların iyunun 30-u, iyulun 3, 7 və 8-də olması planlaşdırılır.

Qeyd edək ki, bugünə komandanın tək məşqi var. Komanda  yerli vaxtla saat 18:00-da (Azərbaycan vaxtıyla 21:00) günün yeganə çalışmasına çıxacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR