"Qarabağ"ın Bakıya dönüşü təxirə salınıb

"Qarabağ"ın Ukraynada "Vorskla" ilə keçirdiyi Avroliqanın qrup mərhələsinin 4-cü tur oyunundan sonra Bakıya dönüşü təxirə salınıb.

Sport7.az xəbər verir ki, səbəb kimi hava şəraitinin uçuş üçün əlverişsiz olması göstərilib.

Bu üzdən Poltava hava limanından yola düşməli olan təyyarənin uçuşu bu gün saat 12:00-da gerçəkləşəcək.

"Vorskla" - "Qarabağ" matçı, ağdamlıların qələbəsi ilə yekunlaşıb - 1:0.
 
Sport7.az

Xəbər lenti