“Qarabağ” Sloveniyadan qələbə ilə dönür – YENİLƏNDİ

“Qarabağ” Sloveniyadan qələbə ilə dönür – YENİLƏNDİ
Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ” bu gün ilk oyununa çıxıb.
 
Sport7.az xəbər verir ki, təmsilçimizin ilk rəqibi Sloveniya çempionu "Olimpiya”dır. Lyublyana şəhərində keçirilən qarşılaşma Bakı vaxtıyla saat 22:00-da start götürüb.
 
Görüş "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun 79-cu dəqiqəsində Geryenin vurduğu qolla Ağdam təmsilçisi səfər oyunundan qalib ayrılıb. 
 
Çempionlar Liqası, I təsnifat mərhələsi

22:00 "Olimpiya" (Sloveniya) - "Qarabağ" (AZƏRBAYCAN) 0:1 
 
Qol: Gerye (79)

Baş hakim: Lourense Visser

"Olimpiya”(Sloveniya): 31. Alyaj İvaçiç, 3. Makki Baqnak, 5. Marko Qayiç, 7. Rok Kronaveter, 17. Abass İssa, 27. Aris Zarifoviç (k), 44. Dino Ştiqleç, 70. Marko Putinçanin, 77. Stefan Saviç, 90. Tomislav Tomiç, 95. Daniel Avramovski

Ehtiyat oyunçular: 41. Neyts Vidmar, 4. Leo Eyup, 8. Daniyel Mişkiç, 10. Qoran Brkiç, 21. Kinqsli Boatenq, 23. Nik Kapun, 29. Matiç Çrniç
Baş məşqçi: İliya Stolitsa

"Qarabağ”(Azərbaycan): 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
 
Lyublyana, "Stojitse" stadionu.

Sport7.az
 

Xəbər lenti